Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş təntənəli mərasim keçirilib


Mədəniyyət və Turizm Nazirliyinin və "PAŞA Həyat Sığorta" şirkətinin təşkilatçılığı, Abidələr və Tarixi Yerlər üzrə Beynəlxalq Şuranın (İCOMOS) dəstəyi ilə Azərbaycan Milli İncəsənət Muzeyində 18 aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş təntənəli bayram mərasimi keçirilib.

Tədbirdə ölkəmizin mədəni irsinin tədqiqi, mühafizəsi və təbliği sahəsində görülən işlərin təşviq olunması məqsədilə nazirliyin "Milli irs mükafatı" 2014-cü il üzrə nominantlarının mükafatlandırma və "PAŞA Həyat Sığorta" ASC və "İrs" Nəşriyyat Evinin birgə layihəsi olan "Qobustan - minilliyin kitabı" və "Qədim qalanın yuxuları" kitablarının təqdimatı keçirilib.

Tədbirdə ATİB tərəfindən İdarə heyətinin üzvü Rəşad Rəsullunun başçılıq etdiyi nümayəndə heyəti iştirak edib.

Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş təntənəli mərasim keçirilib