ATİB sədri 28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi Günü ilə əlaqədar keçirilən konfransda iştirak edib


28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi Günü ilə əlaqədar aprelin 24-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən "Kimyəvi maddələr istifadə olunan iş yerlərində əməyin mühafizəsi" mövzusunda konfrans keçirilib.

Konfransda ATİB tərəfindən İdarə heyətinin sədri Cemal Yangının başçılıq etdiyi nümayəndə heyəti iştirak edib

Konfransı giriş sözü ilə açan əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Beynəlxalq Əmək Təşkilatı (BƏT) tərəfindən Ümumdünya Əməyin Mühafizəsi gününün təsis olunmasının dünya ictimaiyyətinin diqqətinin əməyin mühafizəsi kimi aktual bir məsələyə cəlb edilməsi olduğunu vurğulayıb: "BƏT-in məlumatına əsasən, dünyada hər il istehsalatda təxminən 339 milyon bədbəxt hadisə baş verir, 160 milyon nəfər xəsarət alır və peşə xəstəliyinə tutulur. İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində həlak olanların sayı hər il təxminən 2 milyon 340 min nəfər təşkil edir. Digər tərəfdən, bu hadisələr dünya iqtisadiyyatına hər il 2,8 trilyon ABŞ dolları həcmində ziyan dəyməsinə, dünya üzrə ÜDM-in 4 faizinin itirilməsinə səbəb olur".

Konfransda digər çıxış edənlər əməyin mühafizəsi sahəsində müsbət meyllərin mövcud olduğunu qeyd edərək, bir çox iş yerlərində bu sahəyə hələ də biganə münasibətin qaldığını bildiriblər. Tədbirdə mövzu ilə bağlı geniş müzakirələr aparılıb.

ATİB sədri 28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi Günü ilə əlaqədar keçirilən konfransda iştirak edib