PERYÖN heyəti ATİB ofisini ziyarət etdi


23 may 2014-cü ildə Türkiye İnsan Yönetimi Derneğinin (PERYÖN) baş katibi Özlem Helvacı Kılıç və danışmanı  Dr. Özlen Doğan Azərbacan Türkiyə İş Adamları Birliyinin (ATİB) ofisini ziyarət etdi. Qonaqları ATİB İdarə Heyəti sədrinin müavinləri Mehmet Sami Acarözmen və Rəşad Rəsullu qəbul etdilər.

Qonaqları salamlayan Mehmet Sami Acarözmen ATİB-in fəaliyyətləri barədə məlumat verdi. Qeyd olundu ki, təşkilat Azərbaycanda iqtisadiyatın, biznes mühitinin inkişafı o cümlədən Azərbaycan-Türkiyə əlaqələrinin genişlənməsi istiqamətində müxtəlif fəaliyyətlər və layihələr həyata keçirir. ATİB təşəbbüslərindən danışan Rəşad Rəsullu bildirdi ki, təşkilatın ölkə daxilində və xaricdə yaxşı əlaqələri mövcuddur.

Görüşdə Azərbaycanda insan resurslarının idarəedilməsinin mövcud vəziyyəti, bu sahədə mövcud olan problemlər müzakirə edildi. Qeyd edilən istiqamətdə ATİB və PERYÖN arasında əməkdaşlıq imkanları geniş şəkildə müzakirə edildi və qarşılıqlı iş birliyinin növbəti addımları müəyyən edildi.

 

 

PERYÖN heyəti ATİB ofisini ziyarət etdi