ATİB 14 il


17 aprel 2018-ci il tarixində Azərbaycan Türkiyə İş Adamları Birliyinin yaranmasının 14-cü ili tamam olur.

 

Bu münasibətilə ATİB üzvlərini və ATİB əməkdaşlarını təbrik edir, işlərimizdə uğurlar arzulayırıq.

Azərbaycan Türkiyə İş Adamları Birliyi (ATİB) işgüzar dairələrin maraqlarını təmsil edən ictimai birlik olmaqla qurulduğu tarixdən etibarən ötən müddət ərzində bir çox nailiyyətlərə imza atıb.

Ekspertlərin fikrincə, ATİB Azərbaycanın və eyni zamanda Azərbaycanda fəaliyyət göstərən xarici ölkələrin iş adamlarını birləşdirən ən nüfuzlu birliklərdən biridir.

ATİB-ə və onun rəhbər orqanlarına daxil olan iş adamları sahibkarlıq ictimaiyyətinin səylərini ölkənin və xalqın maraqları ətrafında birləşdirmək istiqamətində bir çox işlər görürlər.

Bir daha ATİB ailəmizi ürəkdən təbrik edir, uğurlarımızın bol olmasını diləyirik!

ATİB 14 il