Türkiyənin Azərbaycandakı səfirliyinin təhsil müşaviri Mahmut Ağırman ATİB ofisində qonaq oldu
3 iyul 2018-cü ildə Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) ofisində İdarə Heyətinin sədri Cemal Yangın Türkiyənin Azərbaycandakı səfirliyinin təhsil müşaviri Mahmut Ağırman ilə görüşü olmuşdur.
Görüşdə Türkiyə-Azərbaycan dostluğu, iki ölkə arasında əlaqələr və qarşılıqlı münasibətlər müzakirə olunub. Cemal Yangın əməkdaşlıq üçün təşəkkür edərək, ATİB-in son fəaliyyəti barədə məlumat verib. O, Türkiyə Səfirliyinin hər zaman ATİB-ə xüsusi diqqət ayırdığını vurğulayıb və bundan sonra da əməkdaşlıq üçün geniş perspektivlərin olduğunu bildirib.