Ümumdünya Ərzaq Gününə həsr olunan tədbir keçirilib


Oktyabrın 16-da Bakı Konqres Mərkəzində IDEA İctimai Birliyi, Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) birgə təşkilatçılığı ilə Ümumdünya Ərzaq Gününə həsr olunan tədbir keçirilib.
Tədbirdə ATİB Baş Katibi Pərvanə Hacıyeva iştirak edib.
Əvvəlcə tədbir iştirakçıları Bakı Konqres Mərkəzində “Mənim addımlarım” mövzusunda fotoşəkillərdən, həmçinin təşkilatçılar tərəfindən təqdim edilən nəşrlər və bukletlərdən ibarət sərgi ilə tanış olublar. Sərgiyə Masallı, Ağdam, Lənkəran, İsmayıllı və Balakən rayonlarından olan qadınlardan ibarət Qadın İnkişaf qruplarının nümayəndələri də öz əl işləri ilə qatılıblar.
Ümumdünya Ərzaq Gününə həsr olunan tədbir keçirilibÜmumdünya Ərzaq Gününə həsr olunan tədbir keçirilibÜmumdünya Ərzaq Gününə həsr olunan tədbir keçirilibÜmumdünya Ərzaq Gününə həsr olunan tədbir keçirilib