ATİB sədri BSC Group-un təşkilatçılığı ilə TenCate Geosynthetics-in (Avstriya) tanıtım seminarında iştirak edib

24 iyun 2014-cü ildə Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) İdarə Heyətinin sədri Cemal Yangın ATİB üzvü olan BSC Group-un təşkilatçılığı ilə Avstriyanın 300 illik TenCate Geosynthetics şirkətinin Azərbaycan tanıtım seminarında iştirak edib. TenCate şirkəti BSC Group-un nəzdində olan "EVİM İZOLASYON MÜHƏNDİSLİK İNŞAAT” MMC ilə distribyutorluq müqaviləsi imzaladıqdan sonra Azərbaycanda fəaliyyət göstərən iri tikinti şirkətlərinin maraq dairəsinə düşüb. Bu baxımdan tanıtım seminarında iri tikinti şirkətlərinin rəhbərləri və həmçinin bəzi dövlət orqanlarının nümayəndələri iştirak edib. Təqdimat mərasimini giriş sözü ilə İkram Mütəllimov açaraq qonaqları salamladı.

300 illik tarixə malik Avstriyanın "Royal TenCate Group”un hissəsi olan "TenCate Geosynthetics GmbH” inşaat sahəsində ekoloji cəhətdən təmiz geosintetik məhsullar istehsal edən dünya lideridir. Otuz ildən artıqdır ki, "TenCate Geosynthetics GmbH” şirkətinin məhsullarından dünyanın əksər ölkələrində ən iri inşaat layihələrində istifadə olunur. Şirkətin Şimali Amerikada, Avropada və Asiyada nümayəndəlikləri fəaliyyət göstərir. Şirkət avtomobil və dəmir yollarının bünövrə qatı, istinad divarları, hidravlik qurğular, sahilboyu bəndlər, tunellər, boru xətlərinin tikintisi üçün sistem həllər təklif edir.