ATİB sədri Türkiyədən gələn nümayəndə heyətini qəbul edib


26 iyun 2014-cü il tarixində GTE Endüstri Sistemləri A.Ş İdarə heyətinin sədri Hüsamettin Kavi, Elektrik Elektronik ve Hizmet İhracatçıları Birliyinin İdarə heyətinin üzvü Selahattin Esim və şöbə müdiri Ali Kaldırımcı Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) ofisində olub.

Azərbaycanla Türkiyə arasında siyasi-iqtisadi əlaqələrə toxunan ATİB sədri  Cemal Yangın hər   iki ölkə arasında  qardaşlıq, dostluq münasibətlərindən  söhbət açaraq, bu əlaqələrin gündən-günə daha da sürətlə inkişaf etdiyini söyləyib. Ölkə iqtisadiyyatı haqqında qonaqlara ətraflı məlumat verən Cemal Yangın bildirib ki,  son illər ölkəmizə investisiya yatıran xarici şirkətlər içərisində türk şirkətləri qabaqcıl yer tutur. 

Qonaqlar bildirmişdir ki, bugünkü səmimi görüş Azərbaycanla Türkiyə arasında olan dostluq və qardaşlıq münasibətlərinin bariz nümunəsidir.

Görüşün sonunda GTE Endüstri Sistemləri A.Ş İdarə heyətinin sədri Hüsamettin Kavi ATİB sədrinə xatirə hədiyyəsi təqdim edib və ATİB-in şərəf dəftərinə öz ürək sözlərini yazıb.

Qeyd edək ki, Hüsamettin Kavi İstanbul Sanayi Odasının (İSO) Məclis sədri olub.

 

 

ATİB sədri Türkiyədən gələn nümayəndə heyətini qəbul edib

 

ATİB sədri Türkiyədən gələn nümayəndə heyətini qəbul edib

 

ATİB sədri Türkiyədən gələn nümayəndə heyətini qəbul edib