ATİB İdarə Heyəti Ultra şirkətində


27 fevral 2019-cu ildə ATİB İdarə Heyətinin sədri Cemal Yangın, İdarə Heyətinin üzvləri Rafiq Qarayev və Baş Katib Pərvanə Hacıyeva üzvümüz olan Ultra şirkətini ziyarət etdi. Biznes Xidmətləri qrupunun rəhbəri Məhəmməd Zülfqarlı bildirdi ki, Ultra Technologies şirkəti ölkənin ən böyük İT şirkətlərindən biri olaraq regionda lider şirkətlərdən birinə çevrilmək missiyası ilə 17 ildən çoxdur fəaliyyət göstərir. Şirkət 160-dan çox yerli və xarici peşəkar heyətdən ibarətdir. ATİB sədri Cemal Yangın qonaqpərvərliyə görə öz təşəkkürünü bildirdi.
ATİB İdarə Heyəti Ultra şirkətində