Sosial təcrid şəraitində Azercell rəqəmsallığı daha əlçatan etdi


COVİD-19 qlobal pandemiyasının cəmiyyətin, iqtisadiyyatın və, ümumiyyətlə, həyatın müxtəlif sahələrinə nüfuz edərək ənənəvi iş bölgüsünü qırması yeni, alternativ əlaqə vasitələrinin daha da gücləndirilməsinə kəskin tələbat yaratdı. Bu baxımdam, hələ bir il öncə yeni brend kimliyini təqdim edərkən “Rəqəmsallığı gündəlik həyat tərzinə çevirmək” vədini verən ölkənin lider mobil rabitə təminatçısı Azercell Telekom-un sosial təcrid şəraitində daha da intensiv fəaliyyətinə təkan verdi.

İri həcmli məlumatların sürətlə ötürülməsi və yüklənilməsinə ehtiyac yarandığı, cəmiyyətin əksər hissəsinin onlayn iş və təhsil rejiminə keçdiyi bir zamanda keyfiyyətli mobil internet xidmətlərinə tələbatın qaçılmazdır. Azercell öz istifadəçilərinin gündəlik rabitə ehtiyaclarını operativ şəkildə qarşılamağa istiqamətlənərək öz şəbəkəsinin paytaxt və regionlar boyu daha da keyfiyyətli olması üçün bütün texniki tədbirləri həyata keçirir. Belə ki, şəbəkənin təkmilləşdirilməsi sahəsində aktiv fəaliyyətinin nəticəsi olaraq ölkə ərazisində Azercell-in təqdim etdiyi LTE xidmətində əhəmiyyətli irəliləyişlər olmuşdur. 2019-cu ilin əvvəlindən həyata keçirilən LTE şəbəkəsinin təkmilləşdirilməsi layihəsi nəticəsində bu texnologiya üzərindən çalışan ümumi Radio Baza Stansiyalarının (RBS) sayı 902-dən 2524-ə yüksəlmiş, təkcə 2020-ci ilin ilk yarısında isə daha 845 vahiddə stansiya istifadəyə verilmişdir. Xüsusilə regionlarda görülən işlər sayəsində ölkə üzrə LTE şəbəkəsi daha da genişləndirilmiş və coğrafi əhatə dairəsi 9%-dən 68%-ə, əhali əhatəsi isə 31%-dən 85%-ə qədər yüksəlmişdir. Hal-hazırda Azercell internet trafikin yüksək keyfiyyətinin təmin edilməsi və artırılması istiqamətində lazımi işlər aparır. Bunun üçün LTE spektrinin zolağının genişləndirilməsi və Bakıda LTE şəbəkəsinin keyfiyyətinin yaxşılaşdırılması həyata keçirilir.
Mobil internet şəbəkəsi gücləndikcə yüksək həcmli proqram və tətbiqlərdən daha rahat istifadəyə də zəmin yaranır ki, bu sahədə də Azercell abunəçilərini düşünərək onların vaxtını səmərəli və maraqlı keçirməsi üçün müxtəlif kampaniyalar təşkil edib. Karantin şəraitində Azercell “Busuu” - dil öyrənmə tətbiqində qoşulmaya 50% endirim, Zvuk musiqi tətbiqində isə mobil internet trafikindən pulsuz istifadə kampaniyaları təqdim edib. Bunlarla yanaşı, dünyanın ən baxımlı kanallarını izləməyə imkan verən NNTV xidməti istifadəyə verilib, Paycell xidməti və “Abunəçi bilgilərinin dəqiqləşdirilməsi” xidməti üçün ödəniş ləğv olunub, Fakturalı xəttlərdə borcun son ödəmə tarixinin silinməsi müddəti uzadılıb və s.
Bütün bu tədbirlər lider mobil operatorun Müştəri Məmnuniyyəti göstəricilərində də özünü pozitiv şəkildə göstərməyə bilməzdi. Azercel-in 2020-ci ilin ilk yarısında xidmət səviyyəsinin göstəricisi ortalama 82 faiz təşkil edib ki, bu, müasir dövrdə Avropa standartlarına əsasən Çağrı mərkəzlərinin fəaliyyəti üçün yüksək nəticədir. Məlumat üçün bildirək ki, xidmət səviyyəsi - operatorun zəngi nə dərəcədə tez cavablandırması və müvafiq olaraq daxil olan müraciətin araşdırılması müddətinin qısalığını göstərir və mütləq şəkildə müştəri məmnuniyyətinə təsir etməklə yanaşı, təşkilatın imici üçün də əhəmiyyət kəsb edir. Həmçinin Avropa standartlarına görə müştəri məmnuniyyəti göstəricisi 80 faizdən yuxarı olmalıdır ki, son altı ayda “Azercell”də bu göstərici 90 faizdən artıq təşkil edib.
Ümumiyyətlə, ölkədə pandemiya ilə əlaqədar elan edilmiş karantin rejimi səbəbindən Azercell şirkətinin Əlaqə mərkəzi və bütün Xidmət Mərkəzləri gücləndirilmiş iş rejimində çalışır.
Şirkətin əhaliyə yönəlik ən mühüm addımlardan biri evdən çıxması qadağan olunan sosial həssas təbəqə - 65 yaşdan yuxarı olan abunəçilərinə təmənnasız Mobil Müştəri Xidmətinin təqdim olunması idi. Mobil operator ahıl yaşda olan abunəçilərinə Azercell-in müştəri xidmətlərindən evlərini tərk etmədən, həm də ödənişsiz yararlanmaq imkanı təklif etdi. Bu məqsədlə Mobil Müştəri Xidmətlərində fəaliyyət göstərən işçilərin sayı da artırıldı.
Sosial təcrid rejiminin tətbiq olunduğu ilk aylardan etibarən Azercell həm öz şəbəkəsindən istifadə edən abunəçilər, həm də digər mobil operatorların abunəçisi olan koronavirusla mübarizənin ön cəbhəsində olan, həyatlarını riskə ataraq fədakarlıqla öz vəzifə borclarını yerinə yetirən 600-dən çox tibb işçisinin hər birinin balansına 50 AZN həcmində məbləğ yükləyib.
Azercell Təhsil Nazirliyinin yaratdığı “Virtual Məktəb” portalı üzərindən qeydiyyatdan keçmiş və Azercell abunəçisi olan 25000-dən artıq müəllim-pedaqoji heyətinin mobil nömrə balansına hədiyyə olaraq iki ay ərzində 10 azn dəyərində 5GB internet paketi yüklənilib. Qeyd edək ki, indiyədək portalda 600000-dən çox şagird və 50.000-dən çox müəllim qeydiyyatdan keçib.
Bundan əlavə, Azərbaycan Texniki Universitetinin 600-dək tələbəsinə universitetin büdcəsi hesabına Azercell tərəfindən endirimli qiymətlərlə internet paketləri təqdim edilib, Azercell abunəçisi olmayan tələbələrə isə internet paketlərindən yararlanmaq üçün 150-dən artıq Azercell nömrəsi pulsuz hədiyyə edilib.
Bütün bunlar operativ bağlantı, keyfiyyətli rabitənin hava və su qədər vacib olan zamanda kompleks təşəbbüsləri həyata keçirərək istifadəçilərin ehtiyaclarının qarşılamasını Azercell Telekom-a aid edir.