Yeni Üzvümüz “M+B” Group MMC


Nəzərinizə çatdırmaq istərdik ki, “M + B GROUP MMC” şirkəti ATİB ailəsinə yeni üzv oldu.

"M+B" GROUP MMC - Bitki mühafizə vasitələrininvə aqrokimyəvi maddələrin idxalını, tikinti-inşaat, mal material satışı ilə yanaşı hamdə idxal, ixrac və tranzit istiqamətlər üzrə yüklərə kompleks şəkildə xidmət göstərilməsi üçün 2015-ci ildə yaradılmış Group şirkətidir. 2015- ci ildən "M+B" GROUP MMC Ukrayna, Rusiya Federasiyası, Orta Asiya ölkələri eləcə də Şərqi Avropa və Baltikyanı ölkələr, Belarus və Qafqaz ölkələri arasında yük dövriyyəsi üzrə beynəlxalq nəqliyyatda öz mövqeyini qorumaqdadır.

"M+B" GROUP MMC şirkətinin əsas fəaliyyəti bitki mühafizə vasitələrininvə aqrokimyəvi maddələrin idxalını, tikinti-inşaat, mal material satışı və beynəlxalq Dəmir yolu, Gəmi və Avtomobil yolu xidmətidir.

Geniş xarici tərəfdaşlar şəbəkəsi yükləri "qapıdan qapıya qədər" çatdırmağa, yükün xüsusoyyətlərini - ölçü, tranzit vaxtı və qiymətini nəzərə alaraq ən optimal nəql üsulu, marşrut seçməyə imkan verir.

"M+B" GROUP MMC şirkətinin iş prinsipi - əməkdaşların yüksək səriştə təcrübəsi sayəsində optimal marşurutların seçilməsində peşəkar fəaliyyətin əlaqələndirilməsi yolu ilə əldə edilən yüksək keyfiyyətli logistika xidmətləridir.