ATİB sədri üzvləri ziyarət etdi


Avqustun 15-də ATİB sədri Cemal Yangın və İdarə Heyətinin üzvləri Oktay Vayiç, Vahdettin Keleş ATİB üzvü olan "Delta Group” MMC, "Azəridizayn-2003” MMC şirkətlərini ziyarət ediblər.

"Delta Group” MMC-nin direktoru Elnur Məmmədov qonaqları salamlayaraq bildirdi ki, 2002-ci ildə təsis edilmişdir. 2004-cü ilin noyabr ayında şirkət İATA akkreditasiyasıni keçmiş (qeydiyyat №61-3 20243), 2013-cü ildən isə Amerika Turizm Şirkətləri Cəmiyyətinə üzv qəbul edilmiş və Lufthansa City Center şirkətlər qrupuna daxil olmuşdur. Şirkətdə korporativ və daimi müştərilər üçün sifarişlərin ünvana təmənnasız çatdırılması üzrə xidməti personal fəaliyyət göstərir.

Növbəti görüş "Azəridizayn-2003” MMC-də oldu. Şirkətin sahibi  Azər Rəhimov ziyarətə görə təşəkkürünü bildirərək qeyd etdi ki, şirkət ofis və ev mebellərinin satışı ilə məşğuldur.

Görüşlər zamanı ATİB üzvlərinə plaket təqdim olundu və xatirə fotoları çəkildi.

 

ATİB sədri üzvləri ziyarət etdi

 

ATİB sədri üzvləri ziyarət etdi