Yapı Kredi Bank Azərbaycandan Covid-19 pandemiya dönəmində qabaqlayıcı tədbirlər


Yapı Kredi Bank Azərbaycan qlobal Covid-19 pandemiyasının səbəb olduğu dövrdə müştərilərinin və əməkdaşlarının sağlamlığını əsas götürərək çevik qabaqlayıcı tədbirlər görməyə davam edir. Uzaqdan çalışması mümkün olan bütün əməkdaşların ofisə gəlmədən çalışmasına icazə verməklə yanaşı, bank sahib olduğu texniki avadanlıqlar sayəsində müştəri məmnunluğunu yüksək tutmağa nail ola bilmişdir.
Pandemiyanın ilk günündən etibarən, Ümumdünya Səhiyyə Təşkilatı və Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qaydalar əsasında bütün iş sahələrində (ofislər, binalar, filiallar və bankomatlar) gigiyena və dezinfeksiya işləri daxil olmaqla mütəmadi şəkildə lazımlı qoruyucu tədbirlərin icrası təmin edilmişdir.

Digital bankçılıq: Xidmətdə Sərhəd yoxdur.
Pandemiyanın vüsət atdığı ilk günlərdən etibarən müştərilərin bank əməliyyatlar üçün əsasən İnternet və Mobil bankçılıqdan istifadə etmələri təşviq edilmişdir. Bununla bərabər onlayn bank əməliyyatlarının asanlaşdırılması üçün internet və mobil bankçılıq sistemi yeniləmiş və onlayn bank əməliyyatlarının sayı artmışdır Hazırda demək olar ki, Yapı Kredi Bank Azərbaycan müştəriləri mümkün bütün bank əməliyyatlarını rəqəmsal kanallar vasitəsi ilə həyata keçirə bilirlər. Bank pandemiya zamanı qeyri-nəğd ödənişləri təbliğ etmək üçün mobil bankçılıq xidmətinə 0% komissiya tətbiq edərək müştərilərin ödənişlərini uzaqdan rahatlıqla və heç bir komissiya ödəmədən icra edə bilməsinə şərait yaratmışdır. Eyni zamanda bank 24 saat fəaliyyət göstərən *0444 çağrı mərkəzi ilə müştərilərə fasiləsiz dəstək göstərməyə davam etmişdir.
Bank canlı təmasdan uzaq durmalı olduğumuz bu dövrdə şəhərimizin bir çox yerində quraşdırılmış Yapı Kredi Bank ATM-ləri ilə insanların nəğd pula olan ehtiyacını qarşılamağa çalışmış, həmçinin bir neçə müddətdir başladığı 100% təmassız kart və POS ödəmələri layihəsini mövcud vəziyyət ilə bağlı sürətləndirərək böyük hissəsini uğurla tamamlamışdır.
Rəqəmsal ödənişlərin genişləndirilməsi məqsədi ilə Ani Ödənişlər Sisteminin layihəsinin pilot mərhələsini uğurla yekunlaşdıran bir neçə bankdan biri olaraq Yapı Kredi Bank Azərbaycan qarşılıqlı ödəniş əməliyyatları üzrə hesablaşmaları 24*7*365 rejimində 5-10 saniyə ərzində tam başa çatdırılmasına imkan verən sistemi yaxın zamanlarda müştərilərinə təqdim etməyi hədəfləyir.
Mövcud dönəmdə rəqəmsal bankçılığın əhəmiyyətinin artması ilə əlaqədar Yapı Kredi Bank Azərbaycan məsafədən hesab açmaq, QR kodla ödəmə, NFC ilə ödəmə kimi rəqəmsal layihələrinin icrasına xüsusi diqqət ayırmışdır. Hazırda bu layihələrin uğurla icrası üçün lazım olan işlərin həyata keçirilməsini sürətlə davam etdirir.

Mövcud şərtlərdə müştərilər üçün daha sərfəli təkliflər.
20 ildən çoxdur fəaliyyət göstərdiyi Azərbaycan maliyyə bazarında hər zaman tərəfdaş şirkətlərin genişlənməsi üçün maliyyə dəstəyi göstərən Yapı Kredi Bank Azərbaycan bu təlatümlü dövrdə biznes kredit müraciətlərini ara vermədən qəbul edib, operativ şəkildə dəyərləndirərək mümkün qədər müsbət cavablandırmağa çalışmışdır. Hazırda bank Azərbaycanda real sektorun dəstəklənməsi istiqamətində Strateji Yol Xəritələrində müəyyənləşdirilmiş prioritetlərə uyğun olaraq qeyri-neft sektorunun maliyyələşdirilməsi fəaliyyətini uğurla davam etdirir.
Sahibkarlığın İnkişafı Fondu ilə birgə pandemiyadan əziyyət çəkən sahibkarlara dəstək oluruq.
Bank Covid-19 pandemiyası səbəbindən biznesində və biznes kreditlərinin ödənilməsində çətinlik yaşayan sahibkarlara dəstək vermək üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu ilə əməkdaşlığa dair razılaşma imzalamışdır. Razılaşmaya əsasən, bank pandemiyanın zərər vurduğu iqtisadi sahələrdə sahibkarlıq fəaliyyəti göstərən müştərilərə, həmçinin Bankın verdiyi kreditlə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən yeni müştərilərə güzəştli kreditlər, kredit faiz subsidiyaları və zamənatlər verərək onların yanında olmağa davam edir.
Bank fərdi müştəriləri üçün isə bu çətin dövrdə ehtiyaclarını qarşılamaq üçün istehlak kredit faizlərini endirmişdir. İndi insanlar Yapı Kredi Bank Azərbaycandan nəğd pul kreditlərini 15%-dən başlayaraq, 20 000 AZN-dək zaminsiz əldə edə bilərlər.
Hər zaman sərfəli şərtlər təqdim edən bank Worldcard – kredit və taksit kartı müştəriləri üçün də faiz dəsərəclərini aşağı salmışdır. İndi yeni Worldcard sahibləri üçün nəğd avans 1.83% və alış-veriş isə 1.75 faiz ilə hesablanacaqdır.

Sosial Məsuliyyət layihələrinə davam
“Yapı Kredi Bank” Azərbaycanda mikro, kiçik və orta sahibkarlığın inkişafına hər zaman dəstək göstərməklə bərabər, korporativ sosial məsuliyyət proqramlarına daim əhəmiyyət verir. Belə ki, Bank Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyası arasında həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə köməklik göstərilməsi sahəsində əməkdaşlığa dair imzalanmış Memoranduma qoşularaq may ayından etibarən öz işini qurması üçün bütün lazımlı avadanlıqlarla təmin etməklə, bu 6 ailələnin öz biznesini qurmasına töhvə vermişdir. Bu günə qədər ailənin öz müstəqil gəlir yerini qurmasına dəstək verən bank bu fəaliyyətini növbəti aylarda da davam etdirəcəkdir.