Azərbaycan İqtisadiyyatına Ziraat Bank dəstəyi!


“Ziraat Bank Azərbaycan” ASC Mərkəzi Bank tərəfindən 30.12.2014 tarixində verilən lisenziya əsasında Türkiyənin 156 illik tarixə malik Ziraat Maliyyə Qrupunun törəmə Bankı olaraq fəaliyyət göstərməkdədir. “Ziraat Bank Azərbaycan”ASC-nin yarandığı gündən etibarən əsas məqsədlərindən biri Azərbaycan iqtisadiyyatının möhkəmləndirilməsində rol oynamaq, müştərilərə təqdim edilən məhsul və xidmətləri müştərilərin rahatlığı üçün optimizasiya etmək olmuşdur.
Korporativ və pərakəndə bankçılıq sahəsində məhsullar və xidmətlər təklif edən “Ziraat Bank Azərbaycan” ASC-nin ölkə ərazisində Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən 4 filialı mövcuddur və filialların sayını iki dəfəyə yaxın artırmağı planlaşdırır. Bankın yeni filiallarından biri olan “Əhməd Rəcəbli” filialında işlər yekunlaşmışdır və çox qısa müddətdə açılması planlaşdırılır.
Bundan əlavə, Bank 2020-2021-ci illər üçün əsas prioritet olaraq böyüməyi, rəqəmsallaşmağı və inkişafı nəzərdə tutan planının başladığını və artıq böyük həcmdə işlərin bitdiyini bildirmişdir.
Pandemiya Dövründə “Ziraat Bank Azərbaycan”
Daim inkişafda olan və hər zaman müştərilərinin qayğısına qalan “Ziraat Bank Azərbaycan” ASC, pandemiya dövründə də öz missiya və prinsiplərinə sadiq qalaraq, bir sıra tədbirlərə imza atmış, yeni məhsul və xidmətlərlə müştərilərin etimadını doğrultmağı bacarmışdır.
Ölkə başçısı cənab İlham Əliyevin həssas əhali qruplarının özünüməşğulluğunun təşkilində banklar arasında sosial məsuliyyətin bölüşdürülməsi təşəbbüsünə "Ziraat Bank Azərbaycan" ASC də qoşularaq, bir çox sahibkarların öz biznes arzularını həyata keçirmələrinə dəstək vermişdir.
Həmçinin, pandemiya dövründə Bank filiallarında karantin qaydalarına tam əməl edərək müştərilərinin və işçilərinin təhlükəsizliyini qorumuşdur. Pandemiya zamanı müştərilərin əməliyyatlarının sürətli və rahat şəkildə icrası ilə yanaşı Daxili Dəstək kampaniyaları və Dövlət Dəstək kampaniyalarını uğurlu şəkildə apararaq, müştərilərin pandemiyadan gördükləri zərəri minimuma endirməyə çalışmışdır.
Yeni Məhsullar və Xidmətlər!
Ölkə başçısı cənab İlham Əliyevin bildirdiyi kimi, ölkə iqtisadiyyatının inkişafı sahibkarlığın inkişafından başlayır. Bank bu timsalda müştərilərə Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu (SİF) , Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu (İKZF) , Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) ilə imzalanan müqavilələr əsasında dövlət dəstəkli verilən güzəştli kreditlər, əlavə olaraq, Türk istehsalı olan malları Türkiyədən idxal edən sahibkarlara Türkiyə Eximbank ilə əməkdaşlığı çərçivəsində güzəştli kreditlər təklif edir.
Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə “Ziraat Bank Azərbaycan” ASC arasında imzalanan memoranduma əsasən sahibkarlar, Agentlik və Bank arasında sıx biznes əlaqələrinin qurulacağı, idxal və ixrac əməliyyatlarında sahibkarlara xüsusi dəstək göstəriləcəyi vacib nüans olaraq vurğulanmışdır.
Bunlardan əlavə, sahibkarlar üçün nəzərdə tutulmuş, ölkəmiz üçün bir ilk olacaq Birbaşa Borclandırma Sisteminin (BBS), fiziki və hüquqi şəxlər üçün isə yeni depozit məhsulunun, əlavə olaraq, start-up-lar və ixracat əməliyyatları ilə məşğul olan sahibkarlar üçün paketlərin hazır olduğunu və yaxın günlərdə istifadəyə veriləcəyini bildirmişdir.
Rəqəmsal Bankçılığın İnkişafı!
Xidmətlərin rəqəmsallaşması, nağdsız ödənişlərə keçid prosesinin sürətləndirilməsi məqsədi ilə Bank mövcud İnternet Bankçılığını yeni formatda, daha mükəmməl şəkildə müştərilərə bu il təqdim etmək üçün işlərin tamamlanmasına əlavə olaraq, Bankın yeni, dünya standartlarına cavab verən, əlverişli, rahat, geniş imkanlara və xoş dizayna sahib mobil tətbiqinin də müştərilərə təqdim edilməsinə dair son işlərin yaxın günlərdə yekunlaşacağını bildirmişdir. Həmçinin, Bank mövcud internet səhifəsini də yeniləyərək, müştərilərin sərbəstliyi üçün daha rahat interfeys təqdim etmişdir.
“Ziraat Bank Azərbaycan” ASC məhsul və xidmətlərini daim inkişaf etdirərək, müştərilərin rahatlığını təmin edir, bundan başqa, Bank keçirdiyi sosial layihələr ilə də daxili istehsalın güclənməsi, mikro və kiçik sahibkarların inkişafı və bunun kimi bir çox sektorların inkişafına öz dəstəyini əsirgəmir. Bunlara misal olaraq, “Ziraat Bank Azərbaycan” ASC-nin dəstəyi ilə keçirilən Cocuq Mərcanlı kəndinin yenidən qurulma layihəsi, Dövlət Agentliyi olan KOBİA ilə Baku Expo Center-da keçirilən mikro və kiçik sahibkarlara dəstək layihəsi və bunun kimi bir çox layihələri göstərə bilərik.
Əlavə olaraq da, qeyd edək ki, bank məhsulları və xidmətləri haqqında ətraflı məlumatı *9229 Məlumat Mərkəzinə zəng edərək, www.ziraatbank.az saytından və ya Bankın sosial şəbəkələrdəki rəsmi səhifələrindən əldə edə bilərsiniz.