ATİB İdarə heyəti "Azərbaycan Coca-Cola Bottlers” MMC-nin ofisində qonaq oldu


16 sentyabr 2020-ci ildə ATİB İdarə Heyətinin sədr müavini Mürsəl Rüstəmov, idarə heyətinin üzvü Rafiq Qarayev və Baş Katib Pərvanə Hacıyeva ATİB İdarə heyətinin üzvü olan "Azərbaycan Coca-Cola Bottlers” MMC-nin yeni Baş Direktoru vəzifəsinə təyin olunmuş Rəna Məmmədovanı ziyarət etdi. ATİB İdarə Heyətinin sədr müavini Mürsəl Rüstəmov Rəna xanımı səmimi qəlbdən təbrik edərək şirkətin bundan sonra daha da uğurlu layihələrə imza atacağını inandığını bildirdi. O, "Azərbaycan Coca-Cola Bottlers” MMC-nin daim ATİB-ə verdiyi dəstəkdən bəhs etdi.

Rəna xanım ziyarət üçün təşəkkür edərək bildirdi ki, çox sayda görüş ziyarət təklifləri aldığına baxmayaraq bunlardan ilkinin ATİB olmağını seçdi. O, ATİB haqqında daim yüksək fikirdə olduğunu vurğuladı.

İdarə heyətinin üzvü Rafiq Qarayev ATİB idarə heyətini qəbul etdiyi üçün Rəna xanıma təşəkkür etdi.

Görüş zamanı qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri müzakirə olundu