ATİB sədrinin başçılıq etdyi nümayəndə heyəti ATİB üzvlərini ziyarət etdi
Avqustun 19-da ATİB sədri Cemal Yangının başçılıq etdiyi nümayəndə heyəti ATİB üzvü olan "Schneider Elektrik Sanayi ve Ticaret” A.Ş və "RE/MAX Azerbaijan” şirkətlərini ziyarət ediblər.
"RE/MAX Azerbaijan” şirkətinin regionaldirektoru Ayaz Əliyev qonaqları salamlayaraq bildirdi ki, 2013-cü ilin ikinci yarımilində yaradılmış RE/MAX Azerbaijan, sabit gəlirlər limitini qırarkən, onlara öz bizneslərinə sahib olmaq üçün qızıl fürsətlər təklif etməklə Azərbaycan gəncliyinin potensialına tam inanır.
Növbəti görüş "Schneider Elektrik Sanayi ve Ticaret” A.Ş-də oldu. Şirkətin rəhbəri Emrah Tekdemirziyarətə görə təşəkkürünü bildirərək qeyd etdi ki, şirkət Məlumat Mərkəzləri və Şəbəkələr, Binalar və rezidensiyalarda yerləşən marketlərdə enerjini təhlükəsiz, etibarlı, səmərəli və məhsuldar etmək üçün mükəmməl həllər təklif edir.
Görüşlər zamanı ATİB üzvlərinə plaket təqdim olundu və xatirə fotoları çəkildi.