Yeni Üzvümüz “Master Builders Solutions Azerbaijan” MMC


Nəzərinizə çatdırmaq istərdik ki, “Master Builders Solutions Azerbaijan” MMC şirkəti ATİB ailəsinə yeni üzv oldu.

“Master Builders Solutions Azerbaijan” MMC şirkəti MBCC Qrup şirkətlər qrupuna daxildir. www.mbcc-group.com

Şirkət 2006-cı ildən etibarən Sumqayıt şəhərinin yaxınlığında öz fabrikasını qurmaqla, Azərbaycanda fəaliyyətdədir, bütün inşaat sahələrini yüksək keyfiyyətli Alman patentli inşaat kimyəvi məhsulları ilə təmin edir.

Şirkət inşaat kimyavilərindən: beton qatqıları, kafel/metlax yapışdırıcıları, normal və geniş aralıq doldurucuları, təmir materialları, su izolyasiya sistemləri, epoksid və poliuretan dam və döşəmə sistemləri və sərtləşdiriciləri,
gücləndirmə sistemləri, suvaqaltı astar materialları və digər müasir inşaat kimyavilərini istehsal edir.

Daha ətraflı məlumat üçün bu səhifəyə müraciət edin: www.master-builders-solutions.com