ATİB İdarə heyəti Növber Ferit Veçhini ziyarət etdi


17 noyabr 2020-ci ildə ATİB İdarə heyətinin üzvləri Rafiq Qarayev, Kaya Karslı və Baş Katib Pərvanə Hacıyeva Şimali Kipr Türk Cümhuriyyətinin Bakı təmsilçisi Növber Ferit Veçhini ziyarət etdi. Görüşdə qarşılıqlı əlaqələr, qarşıda duran fəaliyyət istiqamətləri, ATİB ilə münasibətlərin inkişafı və digər məsələlər müzakirə edilib.
Hər iki tərəf Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və müzəffər Azərbaycan Ordusunun yaşatdığı möhtəşəm Qələbə sevincini bölüşdü.