ATİB-in təşkilatçılığı ilə Türkiyə və Azərbaycan Qızıl Aypara Cəmiyyətləri tərəfindən əsgərlərimizə yardım olundu


Azərbaycan-Türkiyə İş Adamları Birliyi (ATİB) olaraq, vətənin bütövlüyü uğrunda aparılan mübarizədə daim Azərbaycanın yanında olduq və hər zaman olacağıq.
ATİB-in təşkilatçılığı ilə Türkiyə və Azərbaycan Qızıl Aypara Cəmiyyətləri tərəfindən əsgərlərimizə müxtəlif zəruri ləvazimatlarının göndərilməsi olmuşdur. ATİB sədri Cemal Yangının rəhbərliyi altında Türkiyə və Azərbaycan Qızıl Aypara Cəmiyyətləri tərəfindən Azərbaycana humanitar yardım gətirən tırlardan ibarət karvanı Bakıda ATİB sədrinin müavini Avni Demirci, İdarə heyətinin üzvləri Rafiq Qarayev, Xəyal Rəhimov, Azər Hətəmov və Baş Katib Pərvanə Hacıyeva qarşılayıb.
Azərbaycan Respublikasının Prezidenti, Zati-aliləri cənab İlham Əliyevə və müzəffər Azərbaycan Ordusuna xalqımıza yaşatdığınız möhtəşəm qələbə sevincinə görə bir daha dərin hörmətlə təşəkkür edir, bu yolda qəhrəmancasına şəhid olmuş bütün hərbi qulluqçularımıza və vətəndaşlarımıza Allahdan rəhmət, ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı diləyirik.