ATİB-in təşkilatçılığı ilə Türkiyə və Azərbaycan Qızıl Aypara Cəmiyyətləri tərəfindən əsgərlərimizə müxtəlif zəruri ləvazimatlarının göndərilməsi oldu


Azərbaycan-Türkiyə İş Adamları Birliyi (ATİB) olaraq, vətənin bütövlüyü uğrunda aparılan mübarizədə daim Azərbaycanın yanında olduq və hər zaman olacağıq.
ATİB-in təşkilatçılığı ilə Türkiyə və Azərbaycan Qızıl Aypara Cəmiyyətləri tərəfindən əsgərlərimizə müxtəlif zəruri ləvazimatlarının göndərilməsi olmuşdur.
Bugün ATİB sədri Cemal Yangının rəhbərliyi altında Türkiyə və Azərbaycan Qızıl Aypara Cəmiyyətləri tərəfindən Azərbaycana humanitar yardım Bakıda xəstəxanalarda paylandı. Əsgərlər üçün olan yardımı Azərbaycan Milli Məclisinin üzvü, Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət Həsənova, ATİB sədrinin müavini Avni Demirci, İdarə heyətinin üzvü Kaya Karslı və Baş Katib Pərvanə Hacıyeva Bakı Saglamlıq Mərkəzində və Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasına təhvil veriblər.
Həmin klinikaların baş həkimləri ATİB nümayəndə heyətinə öz dərin təşəkkürünü bildirərək belə bir addımın daim alqışlandığını qeyd etdilər.