ATİB və ASAN Xidmət arasında görüş


5 fevral 2021-ci ildə ATİB İdarə Heyətinin sədri Cemal Yangın, İdarə heyətinin üzvü Rafiq Qarayev və Baş Katib Pərvanə Hacıyeva Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Xidməti və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevlə və "YAŞAT" Fondunun rəhbəri Qarabağ qazisi Elvin Hüseynovla görüşdülər. Görüşdə tərəflərin fəaliyyətləri barədə fikir mübadiləsi aparılmış, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu (YAŞAT Fondu) və ATİB arasında arasındakı mövcud əməkdaşlığın mühüm əhəmiyyət kəsb etdiyi vurğulanmış və tərəflər gələcəkdə də qarşılıqlı məsləhətləşmələrin aparılması və əməkdaşlığın davam etdirilməsi barədə razılığa gəlmişlər.