Yeni PUA ixtira edən 13 yaşlı azərbaycanlı ATİB ofisində


9 fevral 2021-ci ildə ATİB İdarə heyətinin sədri Cemal Yangın, İdarə Heyətinin üzvləri Rafiq Qarayev və Kaya Karslı “AzAstro” startapının təsisçisi və icraçı direktoru Həsən Quliyevi qəbul etdilər. Həsən Quliyev 13 yaşlı yeni PUA ixtira edən Azərbaycanıdır. Görüş zamanı o “AzAstro” startapı haqqında bəhs edərək bildirib ki, sözügedən startap PUA-lar, raketlər, model peyklər və onların hissələrinin istehsal edilməsi ilə məşğuldur və “İstikbal-1”, “İstikbal-2” və “Atilay” adlı 3 PUA layihəsi mövcuddur.
Görüşün sonunda qonağa plaket təqdim edilib və xatirə fotosu çəkilib.