Mürsəl Rüstəmovu ziyarət


11 fevral 2021-ci ildə ATİB İdarə heyətinin sədri Cemal Yangın, İdarə Heyətinin üzvləri Rafiq Qarayev, Kaya Karslı və Baş Katib Pərvanə Hacıyeva İdarə Heyəti sədrinin müavini, "Səba" şirkətlər qrupunun Direktorlar şurasının üzvü Mürsəl Rüstəmovu ziyarət etdi.
Qonaqları səmimi şəkildə qarşılayan Mürsəl Rüstəmov onlara "Səba" şirkətlər qrupunun fəaliyyəti barədə ətraflı məlumat verdi.
Görüşdə əməkdaşlıq əlaqələri geniş şəkildə müzakirə edildi və qarşılıqlı iş birliyinin növbəti addımları müəyyən edildi.