“Rəqəmsal Məşğulluq” mövzusunda online görüş keçiriləcəkdir
Azərbaycanda fəaliyyət göstərən biznes yönümlü ictimai birliklər sırasında xüsusi mövqeyə malik olan Azərbaycan Türkiyə İş Adamları Birliyi (ATİB) hər zaman işgüzar naharlar, iclaslar, səhər yeməkləri və s. təşkil edirdi. Ölkədə olan Koronavirus (COVID-19) pandemiya səbəbindən bizdə zoom programı ilə görüşlər təşkil edirik. Bu görüşlərdən biri də 12 mart 2021-ci il saat 15:00 da (Bakı vaxtı ilə) ATİB üzvlərinə online zoom proqramı ilə keçiriləcəkdir. İclasda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin rəisi cənab Mustafa Abbasbəyli “Rəqəmsal Məşğulluq” mövzusunda online formatda çıxış edəcək.
İclasda Türkiyənin səfiri cənab Erkan Özoral, DEİK Türkiyə Azərbaycan İş Konseyinin sədri cənab Selçuk Akat və ATİB İdarə Heyətinin sədri cənab Cemal Yangın çıxış edəcək.
Sözügedən iclasda iştirak etmək istəyənlər 11 mart 2021-ci il tarixinədək ATİB Katibliyinə məlumat vermələri xahiş olunur.