“ARPA Consulting” MMC ATİB ailəsinə üzv oldu
Nəzərinizə çatdırmaq istərdik ki, “ARPA Consulting” MMC ATİB ailəsinə yeni üzv oldu.
Geniş profilli layihələndirmə şirkəti - “ARPA Consulting” MMC, müxtəlif xidmət sahələrində layihələndirmə və layihələrin idarə edilməsindən ibarət bütün növ mühəndis və konsultasiya xidmətlərini təmin edir.
ARPA Konsaltinq fəaliyyətə başladığı ilk ildən düzgün planlaşdırma və layihələndirmənin əhəmiyyətinə yüksək önəm verir. Müştərilərin bütün tələbləri nəzərə alınaraq layihənin hər bir mərhələsi ayrılıqda qiymətləndirilir. Əsas keyfiyyəti müxtəlif sahələrdə və şərtlərdə layihələrin həyata keçirilməsində çoxfunksiyalı iş təcrübəsidir.
Hazırda ARPA Consulting Dünya Bankı, İİB, EuropAid, KfW, Asiya İnkişaf Bankı, GİZ və sair kimi beynəlxalq maliyyə institutları vasitəsilə maliyyələşdirilən çoxsaylı layihələri həyata keçirən çoxprofilli konsultasiya şirkəti nüfuzuna malikdir.
ARPA Consulting 4 əsas sferada fəaliyyət göstərir:
Mühəndislik üzrə məsləhət
İnstitutional məsləhət
Təftiş və ilkin texniki qiymətləndirmə
İstismar və texniki xidmət
Bu yanaşma kompleks layihələr üzrə təcrübəmizi daha yaxşı əlaqələndirməyə imkan verir.
“ARPA Consulting” şirkəti MDB və digər xarici ölkələrdə həyata keçirilən layihələrdə özünü təsdiqləmiş, 30 ilədək peşəkar təcrübəyə malik ən yaxşı mühəndis və mütəxəssisləri öz heyətinə cəlb edir. Heyətiləri
işçi layihələr, inşaata nəzarət, geoloji və topoqrafik tədqiqatlar, layihələrin idarə edilməsi, xərclərin qiymətləndirilməsi və digər sahələrdə peşəkar təcrübəyə malikdir.
Əlaqələndirici şəxs:
Aqşin Yunusov
Biznes İnkişafı Departamentinin Rəhbəri
Telefon: +994125050056; +994125055302
email: agshin.yunussov@arpa.az
Ünvan: İstiqlaliyyə küç, 31
www.arpaconsulting.com