“ARPA Consulting” MMC ATİB ofisini ziyarət etd


17 Mart 2021-ci ildə “ARPA Consulting” MMC ATİB ofisini ziyarət etdi.

Görüşdə “ARPA Consulting” MMC-nin Baş direktoru Püstə Babayeva, Biznes İnkişafı Departamentinin Rəhbəri Aqşin Yunusov, ATİB sədri Cemal Yangın, İdarə Heyətinin üzvü Rafiq Qarayev iştirak etdi.

ATİB sədri Cemal Yangın qonaqları salamlayaraq ATİB-in fəaliyyəti barədə geniş məlumat verdi. Görüş zamanı qarşıdakı layihələr, birlikdə görüləcək işlər barədə müzakirələr aparıldı.