Türkiyənin səfiri Erkan Özorala vəfa ziyarəti


15 Aprel 2021-ci ildə ATİB sədrinin müavinləri Avni Demirci, Mürsəl Rüstəmov, İdarə heyətinin üzvləri Rafiq Qarayev, Enis Buka və Baş Katib Pərvanə Hacıyeva Azərbaycandakı diplomatik fəaliyyəti başa çatmış Türkiyənin səfiri Erkan Özoralı vəfa ziyarəti ediblər.
ATİB nümayəndələri cənab səfiri Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən - “Dostluq” ordeninə layiq görülməsi münasibətilə təbrik edib, iki qardaş ölkə arasındakı iqtisadi münasibətlərin inkişafına verdiyi töhfələrə görə təşəkkürünü bildiriblər.
Görüşün sonunda xatirə plaketi təqdim edilib.