Ticarət Baş müşavirləri Ahmet Erdalı və Yakup Seferi təbrik üçün ziyarət
18 iyun 2021-ci ildə ATİB İdarə heyətinin sədri Cemal Yangın, İdarə Heyətinin üzvü Rafiq Qarayev və Baş Katib Pərvanə Hacıyeva Türkiyə Səfriliyinin yeni təyin olunmuş Ticarət Baş müşavirləri Ahmet Erdalı və Yakup Seferi təbrik üçün ziyarəti ediblər.
ATİB sədri Ticarət Baş müşavirləri yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edib, ölkələrimiz arasında uğurlu investisiya əməkdaşlığından bəhs edib.
Görüşdə tərəflər əməkdaşlığın inkişafı istiqamətləri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıblar.