TÜRKİYƏ RESPUBLİKASININ ZƏFƏR BAYRAMI MÜNASİBƏTİ İLƏ TƏDBİR KEÇİRİLDİ
30 avqust 2014-cü ildə Türkiyənin Zəfər bayramı münasibətilə Şəhidlər Xiyabanındakı "Türk əsgərləri" abidəsi önündə tədbir keçirildi.
Mərasimdə ATİB İdarə Heyəti sədrinin müavini Mehmet Sami Acarözmen, digər ATİB üzvləri və ATİB Katibliyi nümayəndələri iştirak etdilər.
Türkiyə Cumhuriyyəti və Azərbaycan Respublikasının himnləri səsləndikdən sonra, tədbir məzarların üzərinə gül qoyma ilə başa çatdı.
Daha sonra mərasim iştirakçıları Şəhidlər Xiyabanında azərbaycanlı şəhidlərin məzarını ziyarət edib, Əbədi Məşəl Kompleksi önünə əkil qoyuldu.