“44 gün Vətən müharibəsi, Hulusi Kılıç informasiya cəbhəsində” kitabının təqdimatı olub.
Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıçın “44 gün Vətən müharibəsi, Hulusi Kılıç informasiya cəbhəsində” kitabının təqdimatı olub.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda Türkiyənin ölkəmizdəki sabiq səfiri Hulusi Kılıçın “44 gün Vətən müharibəsi: Hulusi Kılıç informasiya cəbhəsində” adlı kitabının təqdimat mərasimi keçirilib.
Tədbirə ATİB İdarə Heyətinin üzvü Azər Hətəmov, Baş nazirin müavini Əli Əhmədov, millət vəkilləri Nizami Cəfərov, Jalə Əliyevə, Rəşad Mahmudov, yazıçılar Anar və Elçin, Türkiyə səfirliyinin mətbuat müşaviri Hüseyin Altınalan və digər türk dövlətlərinin rəsmiləri iştirak edib.
Tədbiri açıq elan edən Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Hulusi Kılıçın ölkəmizdə səfir olduğu dönəmdə gördüyü işlərdən, iki ölkə arasındakı münasibətlərin inkişaf etdirilməsindəki xidmətlərindən danışıb.
ATİB İdarə Heyətinin üzvü Azər Hətəmov çıxış edərək Hulusi Kılıçı təbrik edib. O Hulusi Kılıçın ölkəmizdə səfir olduğu dönəmdə ATİB-ə verdiyi dəstəklərdən, iki ölkə arasındakı münasibətlərin inkişaf etdirilməsindəki xidmətlərindən danışıb.