Növber Ferit Veçhini ziyarət


23 iyul 2021-ci ildə ATİB İdarə heyətinin üzvləri Rafiq Qarayev, Rəna Məmmədova, Kaya Karslı və Baş Katib Pərvanə Hacıyeva Azərbaycandakı vəzifə müddəti başa çatan Şimali Kipr Türk Cümhuriyyətinin Bakı təmsilçisi Növber Ferit Veçhini ziyarət etdi.
ATİB nümayəndələri Azərbaycandakı fəaliyyəti müddətində ATİB-ə verdiyi dəstəktən ötrü Növbər xanıma dərin təşəkkürünü bildirdi, gələcək iş həyatında müvəffəqiyyətlər arzuladı.
Görüşün sonunda xatirə olaraq hədiyyə təqdim edilərək fotolar çəkildi.