Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop ilə görüş


Azərbaycanda səfərdə olan Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop 28 iyul 2021-ci il tarixdə türk iş adamları və qeyri-hökumət təşkilatlarının nümayəndələrini qəbul edərək onların problemlərini dinlədi.
Görüşdə ATİB İdarə Heyəti sədrinin müavinləri Mürsəl Rüstəmov, Avni Demirci, İdarə heyətinin üzvləri Rafiq Qarayev və Kaya Karslı iştirak etdilər.
Qəbul zamanı Türkiyə Universitetlərinin Azərbaycanda Nümayəndəliklərinin açılması təklif olundu, həmçinin Azərbaycanda olan Türkiyə universitetləri və məktəbləri haqqında məlumat verildi.
ATİB sədrinin müavini Mürsəl Rüstəmov çıxış edərək dəvət üçün Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopa və Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcıya ATİB adından dərin minnətdarlığını bildirdi. Daha sonra ATİB-in fəaliyyəti, təhsil layihələri və bu çərçivədə ATİB-lə Anadolu Universiteti arasındakı ugurlu əməkdaşlıq baradə məlumat verdi. Həmçinin Anadolu Universiteti Azərbaycan Proqramlarının önəmli bir ali təhsil layihəsi oldugunu, lakin Universitetin açıq öyrətim məzunlarının diplomlarının nostrifikasiyası məsələsində problemlər oldugunu bildirdi və bu məsələyə baxılmasını xahiş etdi. TBMM-nin sədri bu məsələni Azərbaycanlı həmkarlarının diqqətinə çatdıracağını bildirdi.
Görüşün sonunda sədr müavini Mürsəl Rüstəmov iş adamlarına göstərdikəri hörmət və ehtirama görə Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopa və Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcıya ATİB ailəsi adından bir daha təşəkkürünü bildirdi.