Dr. Selçuk Demiri ziyarət


10 avqust 2021-ci ildə ATİB İdarə Heyətinin sədri Cemal Yangın, sədrin müavini Mürsəl Rüstəmov, İdarə heyətinin üzvləri Rafiq Qarayev, Kaya Karslı, Gürsu Baskan və Baş katib Pərvanə Hacıyeva Qızıl üzvümüz olan Ziraat Bank Azərbaycanın İdarə Heyətinin yeni təyin edilən sədri Dr. Selçuk Demiri ziyarət etdilər. ATİB sədri Cemal Yangın Dr. Selçuk Demiri yeni vəzifəsi münasibəti ilə təbrik etdi. ATİB-lə olan əməkdaşlıq əlaqələrinin bundan sonra da yüksək səviyyədə davam edəcəyinə inandığıını söylədi.

Görüşdə Ziraat Bank Azərbaycanın uğurları və nailiyyətləri haqqında danışıldı, qısa müddət ərzində Azərbaycan bank sektorunda mühüm yerə sahib olduğu vurğulandı.

Dr. Selçuk Demir öz növbəsində bu sahədəki zəngin təcrübəsilə bankın bundan sonrakı fəaliyyətində də uğurlar əldə etməsi üçün çalışacağını bildirdi.