Türkiyənin Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Doç.Dr. Cahit Bağcı ATİB ofisində


10 avqust 2021-ci ildə Türkiyənin Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Doç.Dr. Cahit Bağcı ATİB ofisini ziyarət etdi. Görüşdə ATİB İdarə Heyətinin sədri Cemal Yangın, sədrin müavini Mürsəl Rüstəmov, İdarə heyətinin üzvləri Rafiq Qarayev, Azər Hətəmov, Kaya Karslı, Gürsu Baskan və Baş katib Pərvanə Hacıyeva iştirak etdi.
Cemal Yangın səfiri salamlayaraq, onu ATİB-də görməkdən böyük şərəf duyduğunu bildirib. Türkiyənin Azərbaycandakı səfiri Doç.Dr. Cahit Bağcıya ATİB-in fəaliyyəti barədə ətraflı məlumat verən sədr, Azərbaycan Türkiyə dostluğunun daim sarsılmaz olduğunu bildirib.
Türkiyə Azərbaycandakı səfiri Cahit Bağçı çıxışında öncə Qarabağ zəfəri ilə bağlı təbriklərini səsləndirərək, Türkiyənin ilk dəqiqələrdən etibarən Azərbaycanın haqlı davasında yanında olduğunu və son dərəcə böyük siyasi və mənəvi dəstəyini nümayiş etdirdiyini bildirib. O, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin tək bir vəsiyyəti kimi Qarabağın işğaldan azad olmasının Azərbaycanın güclü xalqı, qəhrəman Ordusu, vəsiyyəti təslim alan qətiyyətli Prezidenti İlham Əliyev tərəfindən uğurla yerinə yetirildiyini vurğulayıb.
Görüş zamanı ATİB və səfirlik arasında gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub.




E-Commerce sites and other online merchants accept crypto payments though processors like CoinsPaid.