ATİB İdarə Heyətinin sədri cənab Cemal Yangın Türkiyə prezidenti cənab Rəcəb Tayyip Ərdoğanla görüşdü
Son 12 ildə Türkiyədə bütün sahələrdə, xüsusilə də
iqtisadiyyat sahəsində baş verən müsbət dəyişiklikləri və aparılan
islahatları daim diqqətlə izləyən və bu uğurların bütün dünyada
tandıdılmasına töhfə verən Azərbaycan-Türkiyə İş Adamları Birliyi (ATİB)
xalq tərəfindən seçilən ilk prezident olan cənab Rəcəb Tayyip Ərdoğana
və onun yeritdiyi inkişaf kursuna daim dəstək vermişdir. ATİB İdarə
Heyətinin sədri cənab Cemal Yangın ilk rəsmi xarici səfərini Şimal Kipr
Türk Cümhuriyyətindən sonra Azərbaycana edən Türkiyə prezidenti cənab Rəcəb Tayyip Ərdoğanla onun qaldığı oteldə görüşdü və onu xalq tərəfindən seçilən ilk prezident olması münasibətilə təbrik etdi.