Vətən müharibəsindəki qələbəmizə həsr olunmuş işgüzar nahar təşkil edilib.


14 oktyabr 2021-ci ildə Azərbaycan-Türkiyə İş Adamları Birliyinin Türkiyənin Azərbaycandakı Səfirin dosent doktor cənab Cahit Bağçının himayəsində Vətən müharibəsindəki qələbəmizə həsr olunmuş işgüzar naharı təşkil edilib.
Qazilərin və biznes dairələrin nümayəndələrinin iştirakı ilə keçirilmiş tədbirdə Qarabağın bərpası və yenidənqurulması prosesində iş adamlarının iştirakına və orada yaradılacaq iş imkanlarına dair fikir mübadiləsi aparılıb.
Tədbirdə çıxış edən Türkiyənin Azərbaycandakı Səfirin dosent doktor cənab Cahit Bağçı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili, ATİB İdarə Heyətinin sədri Cemal Yangın, İdarə heyətinin üzvü Rafiq Qarayev və qazilər Ali Baş Komandan İlham Əliyevin böyük sərkərdəlik məharəti, müdrik diplomatiyası və xalqımızın milli həmrəliyi sayəsində müzəffər ordumuzun qazandığı parlaq qələbədən bəhs etdilər. Onlar həmçinin Vətən müharibəsinin ilk günlərindən, ilk saatlarından etibarən qardaş Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstəyin hər bir Azərbaycan vətəndaşını necə qürurlandırdığını bildirdilər.