Sahibkar qadınlar ATİB ofisində qonaq oldular


28 oktyabr 2021-ci ildə ATİB sədri Cemal Yangın Türkiyə-Azərbaycan İş Adamları Platformasının sədri Canan Göztepe və “Azərbaycan Sahibkar Qadınlar” İctimai Birliyinin sədri Zemfira Ağayevanın nümayəndəliyi ilə qadın sahibkarlarını qəbul etdi.
ATİB sədri Cemal Yangın öz sahəsində uğur qazanmış hər bir işgüzar xanımı Azərbaycanda görməkdən məmnun olduğunu bildirdi və yeni əməkdaşlıq əlaqələrinin qurulmasında uğurlar arzuladı.