"Gəncə İş Adamları” İctimai Birliyi ATİB ofisində


4 noyabr 2021-ci ildə "Gəncə İş Adamları” İctimai Birliyinin İdarə heyətinin sədri Zəfər Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti ATİB ofisini ziyarət etdi. Qonaqları ATİB Sədri Cemal Yangın və İdarə Heyətinin üzvü Rafiq Qarayev qəbul etdi.

"Gəncə İş Adamları” İctimai Birliyinin İdarə heyətinin sədri Zəfər Məmmədov özləri haqqında məlumat verərək qeyd etdi ki, birliyin əsas məqsədi iqtisadi, sosial və digər sahələrdə davamlı inkişafı təmin etməklə yanaşı, sahibkarların fəaliyyətinin səmərəli təşkilinin real bazar mühitində formalaşmasına şərait yaradan imkanlar ilə dəstək olmaqdan ibarətdir.

Görüş zamanı qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri müzakirə olundu.