Anadolu Dövlət Universitetinin Azərbaycan Proqramları üzrə uzaqdan təhsil yolu ilə (uzaktan eğitim) təhsil alan tələbələrin 2021-2022 dərs ili açılış tədbiri keçirilib.


3 Noyabr 2021-ci il tarixində Anadolu Dövlət Universitetinin Azərbaycan Proqramları üzrə uzaqdan təhsil yolu ilə (uzaktan eğitim) təhsil alan tələbələrin 2021-2022 dərs ili açılış tədbiri keçirilib.
Universitetin Azərbaycandakı tələbələrinə texniki dəstək göstərilən binasında videokonfrans ve zoom proqramları üzərindən gerçəkləşən tədbirdə, Türkiyənin Eskişehir şəhərindəki “Anadolu Universiteti studiyası”ndan Anadolu Universitetinin rektoru , Prof. Dr. Fuat Erdal və Universitetin prorektorları, Universitetin “Azərbaycan Proqramları Bakı studiyası”ndan isə Türkiyənin Azərbaycandakı səfiri dosent Cahit Bağçı, səfirliyin diplomatları, Azərbaycan Türkiyə İş Adamları Birliyi (ATİB) İdarə Heyətinin sədri Cemal Yangın, İdarə heyətinin üzvü Azər Hətəmov, İdarə Heyətinin üzvü Rafiq Qarayev, media nümayəndələri, TRT televizya kanalı və Anadolu Universitetinin Azərbaycandakı bir qrup tələbəsi iştirak etmişdirlər.