Zəfər günü münasibətilə Fəxri xiyabanı və İkinci Şəhidlər xiyabanını ziyarət


8 noyabr 2021-ci ildə ATİB İdarə heyətinin sədri Cemal Yangın, sədrin müavini Mürsəl Rüstəmov, İdarə heyətinin üzvləri Arzu Yusifova, Kaya Karslı və b. Zəfər günü münasibətilə Fəxri xiyabanı və İkinci Şəhidlər xiyabanını ziyarət etdilər.
ATİB İdarə heyəti əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq Ulu Öndərin xatirəsini hörmət və ehtiramla yad ediblər.
Daha sonra İkinci Şəhidlər xiyabanını ziyarət ediblər. Ölkəmizin müstəqilliyi və ərazi bütövlüyünün təmin olunması uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib və ruhlarına dualar oxunub, məzarları ziyarət edilərək üzərlərinə gül dəstələri düzülüb.