Atatürkü anma mərasimi


Türkiyə Cümhuriyyətinin qurucusu Ulu Öndər Mustafa Kemal Atatürkün əbədiyyətə qovuşmasının 83-cü ildönümü münasibəti ilə 10 noyabr 2021-ci il tarixində Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfirliyinin qarşısındakı Atatürk parkında anma mərasimi keçirildi.
Mərasimdə Türkiyənin Azərbaycandakı səfiri Doç.Dr. Cahit Bağcı, Türkiyə Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun nümayəndə heyəti, ATİB sədri Cemal Yangın və b. iştirak etdi.
Atatürk Parkında anma mərasimindən sonra Türkiyə Səfirliyində tədbir keçirildi.