İşgüzar qadınlar klubunun səhər yeməyi


Hazırda dünya ölkələrinin qarşısında duran əsas vəzifələrdən biri cəmiyyətin inkişafında qadınların daha səmərəli fəaliyyəti üçün imkanların yaradılmasıdır. Qadınların cəmiyyətdə yeri və rolunun mühüm göstəricisi onların müxtəlif dövlət vəzifələrini tutmaları və ümumiyyətlə, aktiv əmək fəaliyyəti ilə məşğul olmalarıdır. Ölkəmizdə qadınlar hər zaman siyasi qərarların verilməsində fəal iştirak ediblər. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra qadın hərəkətının yeni mərhələsi başlandı və bu gün də uğurla davam etdirilir.
ATİB-in təsis etdiyi İşgüzar qadınlar klubu 17 noyabr 2021-ci ildə Pandemiyadan sonra ilk səhər yeməyində görüşən qonaqlar ölkəmizdə dövlət qadın siyasətindən, son illərdə bu istiqamətdə qazanılan uğurlardan bəhs etdilər.
Səhər yeməyinin qonağı həkim-psixiatr, çox profilli biznes kouç Həlimə Qəmərlinskaya "Pandemiya dövründə stresə müqavimətin artırılmasının zəruriyyəti" mövzusunda maraqlı çıxışı ilə işgüzar qadınlarımızla diskusiyalar apardı.
Tədbirin sonunda ATİB Qızıl üzvü olan "Bayramlı Group" şirkəti iştirakçı xanımlara hədiyyələr təqdim etdi.
Birinci vitse-prezident xanım Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətinin Azərbaycan qadınları üçün əsl nümunə bilən ATİB İşgüzar qadınlar klubunun məqsədi daim fəaliyyətini aktiv həyat tərzi sürmək arzusunda olan, bu istəyi reallaşdırmaq gücünə, imkanına və qətiyyətinə sahib olan qadınları bir araya gətirməkdir.