Heydər Əliyevin anım günü


12 dekabr 2021-cü il tarixində xalqımızın ümummilli lideri Heydər Əliyevin anım günü münasibətilə Türkiyə Respublikasının Azərbaycandakı səfiri Doç. Dr. Cahit Bağcının rəhbərliyi altında ATİB İdarə Heyətinin sədri Cemal Yangın, İdarə heyətinin üzvləri və ATİB üzvləri Fəxri Xiyabanda ümummilli liderin məzarını ziyarət edib. Heydər Əliyevin məzarı önünə gül dəstələri qoyulub, ruhuna dualar oxunub. ATİB heyəti sonra akademik Zərifə Əliyevanın məzarını ziyarət edib.