Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfirliyində Bakının daşnak-bolşevik işğalından azad edilməsini 96-cı ildönümü münasibətilə tədbir keçirilib.

15 sentyabr 2014-cü ildə Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfirliyində Bakının daşnak-bolşevik işğalından azad edilməsini 96-cı ildönümü münasibətilə tədbir keçirilib.

Tədbirdə ilk olaraq TRT-nin hazırladığı sənədli film nümayiş olunub. Filmdə 1918-ci ildə erməni daşnakları və bolşevik dəstələrinin Azərbaycanda törətdiyi cinayətlərdən, cümhuriyyətin yaranması dövründən və Osmanlı zabiti Nuru Paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusunun Bakıya doğru yürüşündən bəhs edilir, Azərbaycanın müxtəlif bölgələrində naməlum türk əsgərlərinin məzarlarının olduğu və ümumilikdə Qafqaz İslam Ordusunun Bakını azad edənə qədər 1130 şəhid verdiyi bildirilir.

Səfir İsmayıl Alper Coşkun çıxışında qeyd edib ki, 1918-ci ildə - I Dünya Müharibəsinin sonlarında Osmanlının vəziyyəti çox ağır idi: "Bütün cəbhələrdən gələn məğlubiyyət xəbərlərinə baxmayaraq, Ənvər paşa öz qardaşı Nuru paşanı qardaş xalqın yardımına göndərdi. O qardaşlıq, o fədakarlıq boşuna deyilmiş. Azərbaycanlı qardaşlarımızın uzun illər sonra da bu hadisəni unutmaması, hətta sovet dövründə türk şəhidlərinin məzarlarını qoruması buna çox gözəl nümunədir. Bu gün Azərbaycan və Türkiyə xalqlarının qardaşlıq və dostluğu üçün çox önəmlidir. Azərbaycanda Qafqaz İslam Ordusuna aid 8 şəhidlik və 18 şəhid məzarı var. Hələ bilmədiyimiz və axtardığımız çox məzarlar var. Azərbaycanın dəyərli insanları sağ olsunlar ki, vaxtaşırı bu məzarları tapıb bizə xəbər verirlər”.

Sonra Nuru paşanın Osmanlı bayrağı bükülmüş "Qurani-Kərim” hədiyyə etdiyi Əli bəyin övladı, Gəncə sakini Füzuli Hüseynov söz alaraq Nuru paşanın "bu əmanəti yaxşı qoru, biriləri ardınca gələcək” sözlərini yada salıb: "Atam inanırdı ki, vaxt gələcək, Azərbaycan və Türkiyə yenə bir arada olacaq”.