Şəhidlər xiyabanını ziyarət


20 yanvar 2022-ci ildə Türkiyənin Azərbaycandakı Səfiri cənab dosent.doktor Cahit Bağçı ilə birlikdə ATİB İdarə heyəti və üzvləri Şəhidlər xiyabanını ziyarət etdilər. Onlar 20 Yanvar faciəsinin qurbanlarının məzarları üzərinə qərənfillər düzüb, vətən yolunda qurban getmiş şəhidlərin xatirəsinə ehtiramını bildirib.