Anadolu Universitetinin rektoru Prof. Dr. Fuat Erdal ATİB ofisində qonaq oldu


27 yanvar 2022-ci ildə Azərbaycanda səfərdə olan Anadolu Universitetinin rektoru Prof. Dr. Fuat Erdal, prorektor Prof. Dr. İbrahim Kaya ATİB ofisində qonaq oldu. Görüşdə İdarə Heyətinin sədri Cemal Yangın, Anadolu Universiteti Azərbaycan Proqramları Koordinatoru, ATİB İdarə heyətinin üzvü Azər Hətəmov iştirak etdilər. Qonaqları salamlayan Cemal Yangın ATİB-in fəaliyyəti haqqında geniş məlumat verdi. ATİB və Anadolu Universiteti arasında olan əməkdaşlıq əlaqələrinin daim yüksək səviyyədə olmasından bəhs edib. Öz növbəsində Anadolu Universitetinin rektoru Prof. Dr. Fuat Erdal görüş üçün təşəkkür edərək bildirdi ki, Anadolu Universiteti hazırda tək Türkiyənin deyil, dünyanın ən böyük universitetlərindən biridir. Rektor qeyd etdi ki, Azərbaycana səfər edərək mümkün əməkdaşlıq əlaqələrini daha da inkişaf etdirmək qərarına gəlib