“Ziraat Bank Azərbaycan” 7-ci filialını açdı


10 fevral 2022-ci ildə “Ziraat Bank Azərbaycan” ASC-nin 7-cı filialı Bakı şəhərində, Səməd Vurğun küçəsi 53 ünvanında (World Business Center) fəaliyyətə başlayıb.
Açılışda Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dç. Dr. Cahit Bağcı, TSK Ataşesi, ŞKTR Bakı Təmsilçisi Mustafa Kemal Beyazbayram, Nəsimi Rayonu İcra Hakimiyyətinin Başçısı, Türkiyə səfirliyinin Müşavirləri və b. iştirak etdilər.
Həmçinin İdarə heyətinin üzvü Rafiq Qarayev və Baş Katib Pərvanə Hacıyeva açılışda iştirak edərək ATİB İdarə heyətinin sədr müavini, “Ziraat Bank Azərbaycan” ASC-nin İdarə Heyətinin sədri Dr. Selçuk Demiri təbrik edib, uğurlar arzu etdilər.
Filialın açılmasında əsas məqsəd ölkəmizin iqtisadi inkişafına hərtərəfli dəstək olmaqla yanaşı, günbəgün artan müştəri bazasına daha da keyfiyyətli və operativ xidmət göstərmək üçün iş mərkəzlərinin və şirkətlərin sıx yerləşdiyi ərazilərdə Bankın əhatə dairəsini genişləndirməkdir.