ATİB ofisində görüş


2022-ci ilin iyun ayında Bakı şəhərində keçiriləcək 7-ci Beynəlxalq Sosial Elmlər Kongresinin Təşkilat komitəsinin həmsədrləri Tokat Gaziosmanpaşa Universitetinin Rektoru Prof. Dr. Bünyamin Şahin, Makedoniya Beynəlxalq Balkan Universiteti Rektoru Prof. Dr. Mehmet Erdem ATİB ofisini ziyarət etdilər.
Qonaqları İdarə heyətinin üzvləri Azər Hətəmov və Rafiq Qarayev qəbul etdilər.
Görüşdə 7-ci Beynəlxalq Sosial Elmlər Kongresinin hazırlıq işləri barədə fikir mübadiləsi aparıldı.