Çanaqqala şəhidlərinin anım günü ilə əlaqədar Bakıdakı Türk Şəhidliyində mərasim təşkil edildi


18 mart 2022-ci ildə Çanaqqala şəhidlərinin anım günü ilə əlaqədar Bakıdakı Türk Şəhidliyində mərasim təşkil edildi.
Əklil qoyma mərasimində Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) İdarə Heyətinin üzvləri və üzvlər iştirak etdilər.
Türkiyə Cumhuriyyəti və Azərbaycan Respublikasının himnləri səsləndikdən sonra, tədbir iştirakçıları Türk şəhidlərinin məzarlarını ziyarət edib, abidə kompleksinə çələng qoyublar. Daha sonra mərasim iştirakçıları Şəhidlər Xiyabanında azərbaycanlı şəhidlərin məzarını ziyarət edib, Əbədi Məşəl Kompleksi önünə əklil qoyublar.