Azərbaycan Türkiyə İş Adamları Birliyi (ATİB) tərəfindən iftar yeməyi təşkil edilib


20 aprel 2022-ci ildə Azərbaycan Türkiyə İş Adamları Birliyi (ATİB) Türkiyə Respublikasının səfiri cənab dosent.doktor Cahit Bağçının himayəçiliyində Şəhid və Qazi ailələrinin iştirakı ilə İftar süfrəsi təşkil etdi. İftar süfrəsində həmçinin millət vəkilləri, Türkiyə və azərbaycanlı iş adamları və ATİB üzvləri iştirak edib.
İftar yeməyi Qurani-Kərimdən ayələrin oxunması ilə başlayıb.
Proqramda çıxış edən ATİB sədri Cemal Yangın qonaqları salamlayaraq şəhid ailələrilə bir yerdə olmaqdan qürur duyduqlarını bildirib. ATİB sədri qeyd edib ki, Azərbaycan və Türkiyə iş adamları hər zaman bir-birilərini dəstəkləyirlər.
Türkiyənin ölkəmizdəki səfiri cənab dosent.doktor Cahit Bağçı iş adamlarının Qarabağın bərpasındakı rolundan danışıb, şəhid və qazi ailələrini daim diqqətdə saxladıqlarını bildirərək onlara təşəkkür edib.
İftar proqramı xoş söhbətlə davam edib.
Şəkilləri yükləmək üçün link: https://sendgb.com/WSjcshoRqyU